AZ EN RU

Təhsil Nazirliyi: Şagirdlərimiz beynəlxalq qiymətləndirmənin sınaq mərhələsində iştirak edəcəklər

2022-ci ildə Azərbaycanın ümumi təhsil müəssisələrində təhsil alan IV və VIII sinif şagirdləri Riyaziyyat və Təbiət Elmləri üzrə Beynəlxalq Qiymətləndirmə Proqramı - TIMSS 2023-ün (Trends in International Mathematics and Science Study) sınaq mərhələsində iştirak edəcəklər.

Bu barədə Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, 4 ildən bir keçirilən tədqiqatın əsas mərhələsi 2023-cü ildə reallaşacaq. Tədqiqatın əsas məqsədi şagirdlərin nəticələri əsasında riyaziyyat və təbiət elmləri üzrə təlim və tədrisin təkmilləşdirilməsi üçün məlumat toplamaqdır.

Azərbaycanın beynəlxalq qiymətləndirmələrdə (PISA, PIRLS, TIMSS, ICILS) mövqeyinin əhəmiyyətli dərəcədə yaxşılaşmasına nail olunması əsas məqsədlərdən biri kimi təyin edilib.

Nəşr edilib : 26.01.2022 11:19