AZ EN RU

Təhsil nazirinin müavini kollektivə təqdim olunub

Mayın 27-də Naxçıvan Muxtar Respublikasının təhsil naziri vəzifələrinin icraçısı, nazir müavini Elxan Nəcəfov Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sərəncamı ilə təhsil nazirinin müavini vəzifəsinə təyin olunmuş Rəşad Xəlil oğlu  Xudiyevi  Nazirliyin kollektivinə təqdim edib.   
Elxan Nəcəfov son illərdə ölkə 🇦🇿Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycanda, o cümlədən muxtar respublikada  təhsil sahəsində həyata keçirilən islahatları diqqətə çatdırıb. Təhsil sahəsində qarşıdakı hədəflərdən də danışan Elxan Nəcəfov Rəşad Xudiyevə gələcək fəaliyyətində  uğurlar arzulayıb.
Rəşad Xudiyev dövlətimiz tərəfindən  ona göstərilən yüksək etimada görə minnətdarlığını bildirib, təhsil sahəsində qarşıya qoyulan hədəflərin layiqincə yerinə yetirilməsi üçün səylə çalışacağını bildirib. 
Qeyd edək ki, Rəşad Xudiyev fəaliyyəti dövründə Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyində aparat rəhbəri, Mədəniyyət nazirinin müavini, Nazirlər Kabinetinin Humanitar və sosial məsələlər şöbəsinin müdiri, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətində   çalışıb.

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin metbuat xidməti

Nəşr edilib : 27.05.2024 12:58