AZ EN RU

Təhsil naziri kollektivə təqdim olunub

Mayın 31-də Naxçıvan Muxtar Respublikası Baş nazirinin müavini Bəxtiyar Məmmədov Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Qərarı ilə  təhsil naziri vəzifəsinə təyin olunmuş Elxan Nəcəfovu nazirliyin kollektivinə təqdim edib.
Bəxtiyar Məmmədov yeni təyinat münasibətilə Elxan Nəcəfovu təbrik edərək son illərdə ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycanda o cümlədən Naxçıvan Muxtar Respublikasında  bütün sahələrdə nailiyyətlər əldə olunduğunu, xüsusilə təhsil sahəsində həyata keçirilən islahatları diqqətə çatdırıb. Bəxtiyar Məmmədov son dövrlərdə muxtar respublikada təhsilin inkişafı istiqamətində aparılan məqsədyönlü tədbirləri də diqqətə çatdıraraq kollektivə uğurlar arzulayıb.
Elxan Nəcəfov dövlətimiz tərəfindən ona göstərilən yüksək etimada görə minnətdarlığını bildirib. Nazir ölkə başçısının təhsil sahəsində qarşıya qoyduğu hədəflərin layiqincə yerinə yetirilməsi, təhsildə keyfiyyətin artırılması istiqamətində  islahatların aparılması və   şagirdlərin keyfiyyətli təhsillə əhatə olunması üçün səylə çalışacağını bildirib.

Nəşr edilib : 31.05.2024 20:49