AZ EN RU

Təhsil naziri abituriyentlərin valideyinləri ilə görüşüb

Xəbər verdiyimiz kimi bu gün Dövlət İmtahan Mərkəzi (DİM) Naxçıvanda informatika və coğrafiya fənni üzrə ali təhsil müəssisələrinə test imtahanı keçirir.
İmtahan binasının qarşısında isə hazırda valideynlər öz övladlarının imtahandan çıxmasını həyəcanla gözləyirlər. 
Naxçıvan Muxtar Respublikasının təhsil naziri Elxan Nəcəfov imtahanların gedişi ilə maraqlanıb, abituriyentləri gözləyən valideynlərlə  görüşərək söhbət edib, suallarını cavablandırıb və onların övladlarına uğurlar arzulayıb.

Nəşr edilib : 09.06.2024 12:27