AZ EN RU

Təhsil müəssisələrinə vakant yerlər çıxarılıb

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinə tabe təhsil müəssisələrində işə qəbul prosesində  müsabiqə yolu ilə nəzərdə tutulmayan  və vakant olan həkim, dayə, xadimə, bağban, dalandar, çilingər, gözətçi, ocaqçı, elektirik, santexnik, paltaryuyan, fəhlə  vəzifələrinin işə qəbulu yanvar ayından etibarən Dövlət  Məşğulluq Agentliyinin rayon (şəhər) Məşğulluq Şöbələri tərəfindən aparılır. 

Qeyd edək ki, təhsil müəssisələrində olan vakansiyalar müəssisənin rəhbəri tərəfindən Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət  Məşğulluq Agentliyinin   və rayon (şəhər) Məşğulluq Şöbələrinin    “Əmək və Məşğulluq” altsisteminə  daxil edilir.Vətəndaşların   yuxarıda adıçəkilən dövlət qrumlarına müraciəti əsasında  müvafiq vakansiyaya uyğun və sosial müdafiəyə daha çox ehtiyacı olan şəxs rayon (şəhər) Məşğulluq Şöbələri tərəfindən göndərişlə təmin edilir. 

Göndərişi alan namizədin işə qəbulu isə qanunvericiliyin tələbləri nəzərə alınmaqla müvafiq təhsil müəssisəsinin rəhbəri tərəfindən rəsimləşdirilir.

Təhsil müəssisələrinə işə qəbul üçün müraciət edən vətəndaşlardan  xahiş olunur ki, yuxarıda göstərilən vəzifələrlə  bağlı  rayon (şəhər) Məşğulluq Şöbələrinə müraciət etsinlər. 

Nəşr edilib : 01.02.2024 15:37