AZ EN RU

Təhsil müəssisələrinə texniki işçilərin işə qəbul qaydaları ilə bağlı məlumat

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinə tabe təhsil müəssisələrində işə qəbul prosesində   müsabiqə yolu ilə nəzərdə tutulmayan  və vakant olan həkim, dayə, xadimə, bağban, dalandar, çilingər, gözətçi, ocaqçı, elektirik, santexnik, paltaryuyan, fəhlə  vəzifələrinin işə qəbulu aşağıda göstərilən qaydada həyata keçirilir:

-Təhsil müəssisələrində olan vakansiyalar müəssisənin rəhbəri tərəfindən “Əmək və Məşğulluq” altsisteminə  daxil edilir;

-İşə qəbul olmaq istəyən şəxslər Dövlət Məşğulluq Agentliyinin müvafiq xidmət şöbəsinə müraciət edir;

-Namizədlər arasından müvafiq vakansiyaya uyğun və sosial müdafiəyə daha çox ehtiyacı olan şəxs Dövlət Məşğulluq Agentliyi tərəfindən göndərişlə təmin edilir;

-Göndərişi alan namizədin işə qəbulu qanunvericiliyin tələbləri nəzərə alınmaqla müvafiq təhsil müəssisəsinin rəhbəri tərəfindən rəsmiləşdirilir.

Təhsil müəssisələrinə işə qəbul üçün müraciət edənlərin nəzərə alması xahiş olunur.

Nəşr edilib : 24.01.2024 12:19