AZ EN RU

Təhsil müəssisələrində vakant olan psixoloq və uşaq birliyi təşkilatının rəhbəri vəzifələri üzrə müsabiqə keçirilib

Mayın 25-də Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən təhsil müəssisələrində vakant olan psixoloq və uşaq birliyi təşkilatının rəhbəri vəzifələri üzrə müsabiqənin test mərhələsi  keçirilib.
Müsabiqədə hər bir namizədə vəzifə üzrə 25, məntiqi təfəkkürün  yoxlanılması üzrə 5, dünyagörüşün yoxlanılması üzrə 5, informasiya və kommunikasiya texnologiyaları üzrə 5 olmaqla, ümumilikdə 40 sual təqdim edilib. Test suallarının cavablandırılması üçün 80 dəqiqə vaxt ayrılıb. 
Şəffaflığın təmin olunması baxımından namizədlərin imtahan nəticələri onların iştirakı ilə yoxlanılıb və imtahan nəticəsi binanı tərk etmədən namizədə elan olunub.
Məlumat üçün bildirək ki, test tapşırıqlarının müəyyyən olunmuş bal həddini keçən   namizədlər müsahibə mərhələsinə buraxılacaqlar.
Qeyd edək ki, müsabiqəyə təhsil müəssisələrində vakant olan psixoloq  vəzifəsi üzrə 39, uşaq birliyi təşkilatının rəhbəri vəzifəsi üzrə isə  2 olmaqla ümumilikdə 41 vəzifə çıxarılmş,  həmin vəzifələrə 46 namizəd sənəd vermiş və  sənəd verənlərdən 43-ü bugünkü müsabiqədə iştirak etmişdir.

Nəşr edilib : 25.05.2024 15:17