AZ EN RU

Təhsil müəssisələrində vakant olan psixoloq və uşaq birliyi təşkilatının rəhbəri vəzifələri üzrə 41 vakansiya üçün müsabiqə elan olunur

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyindəki ümumi təhsil müəssisələrində vakant olan psixoloq və uşaq birliyi təşkilatının rəhbəri vəzifələri üzrə müsabiqə elan olunub.

Müsabiqəyə təhsil müəssisələrində vakant olan psixoloq  vəzifəsi üzrə 39, uşaq birliyi təşkilatının rəhbəri vəzifəsi üzrə isə  2 olmaqla ümumilikdə 41 vəzifə çıxarılıb.

Qeyd olunan vəzifələr üzrə işə qəbul olmaq istəyən şəxslər 15-26 aprel tarixləri arasında şəhər və rayon təhsil şöbələrinə müvafiq sənədlərini təqdim edə bilərlər.

Hər namizəd yalnız bir vakansiya üzrə müsabiqədə iştirak edə bilər.

Vakansiya haqqında ətraflı məlumat https://bitly.ws/3hJGT linkində yerləşdirilib.

Nəşr edilib : 09.04.2024 18:22