AZ EN RU

Təhsil müəssisələrində vakant olan laborant vəzifələri üçün müsabiqə keçirilib

Martın 5-də Naxçıvan şəhər 4 nömrəli tam orta məktəbdə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin  tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrində vakant olan laborant vəzifələri üzrə müsabiqə  keçirilib.
Təhsil müəssisələrinin yüksək ixtisaslı kadrlarla təmin edilməsi və  işə qəbul prosesinin  şəffaf həyata keçirilməsi məqsədilə təşkil olunan müsabiqədə 38  vakant vəzifə üzrə  300-dən artıq    namizəd iştirak edib. 
Müsabiqədə  hər bir namizədə  vəzifə proqramına, məntiqi təfəkkürün və dünyagörüşünün yoxlanılmasına  aid 10 olmaqla, ümumilikdə 30 test tapşırığı təqdim olunub. Namizədlərə test suallarının cavablandırılması üçün 60 dəqiqə vaxt verilib.
Qeyd edək ki, test suallarının 50 faiz və daha çoxunu düzgün cavablandırmış namizədlər müsabiqədə keçid balını toplamış sayılır. Minimum keçid balı gözlənilməklə  test mərhələsində ən yüksək nəticəni  göstərmiş  namizəd müvafiq vəzifəyə təyin olunacaq. 
Şəffaflığın təmin olunması baxımından namizədlərin imtahan nəticələri onların iştirakı ilə yoxlanılıb və imtahan nəticəsi binanı tərk etmədən namizədə elan olunub.

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 05.03.2024 21:27