AZ EN RU

Təhsil müəssisələrində vakant olan kitabxana müdiri və kitabxanaçı vəzifələri üzrə 19 vakansiya üçün müsabiqə elan olunur

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyindəki ümumi təhsil müəssisələrində vakant olan kitabxana müdiri və kitabxanaçı vəzifələri üzrə müsabiqə elan olunub.
Müsabiqəyə təhsil müəssisələrində vakant olan  kitabxana müdiri  vəzifəsi üzrə 17,  kitabxanaçı vəzifəsi üzrə isə 2 olmaqla ümumilikdə 19 vəzifə çıxarılıb.
Qeyd olunan vəzifələr üzrə işə qəbul olmaq istəyən şəxslər 13-29 mart  tarixləri arasında şəhər və rayon Təhsil Şöbələrinə müvafiq sənədlərini təqdim edə bilərlər.
Hər namizəd yalnız bir vakansiya üzrə müsabiqədə iştirak edə bilər.
Vakansiya haqqında ətraflı məlumat   https://bitly.ws/3fHSv linkində yerləşdirilib.

Nəşr edilib : 13.03.2024 12:00