AZ EN RU

Təhsil müəssisələrində 250 açıq, 2 ustad dərsi keçilib

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin “Heydər Əliyev ili” ilə bağlı Tədbirlər Planına uyğun olaraq ötən il nazirlik, şəhər və rayon Təhsil şöbələri tərəfindən bir sıra silsilə tədbirlər həyata keçirilib, təhsil müəssisələrində “Heydər Əliyev İli” guşələri yaradılıb.

Nazirliyin mətbuat xidmətindən aldığımız məlumata görə 2023-cü ildə təhsil müəssisələrində 20 diskussiya, 188 dəyirmi masa, 250 açıq dərs, 2 ustad dərsi, 125 tədbir, 3 oxu günü keçirilib. Naxçıvan şəhərində yerləşən ümumtəhsil məktəblərində təhsil alan şagirdlərin Heydər Əliyev Muzeyinə ekskursiyası təşkil edilib, ümumtəhsil məktəblərində “Heydər Əliyev dərsləri” keçilib. Həmçinin şagirdlər arasında 391 şagirdin iştirakı ilə 16 “Ən yaxşı təqdimat” müsabiqəsi təşkil edilib, 44 film və videoçarx nümayiş olunub, kitab müzakirələri aparılıb.

Nail ƏSGƏROV

Nəşr edilib : 16.01.2024 15:35