AZ EN RU

Tədris-köməkçi heyət vəzifələri üzrə müsabiqə

Təhsil müəssisələrində vakant olan  katib- makinaçı və laborant vəzifələri üzrə  42 vakansiya üçün müsabiqə elan olunur.
Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyindəki  ümumi təhsil müəssisələrində vakant olan  laborant və katib-makinaçı vəzifələri üzrə müsabiqə elan olunub.
 Müsabiqəyə təhsil müəssisələrində vakant olan laborant vəzifəsi üzrə 38, katib-makinaçı vəzifəsi üzrə isə 4 olmaqla ümumilikdə 42 vəzifə çıxarılıb. 

Qeyd olunan vəzifələr üzrə işə qəbul olmaq istəyən şəxslər  12-26 fevral tarixləri arasında  şəhər və rayon təhsil şöbələrinə müvafiq sənədlərini təqdim edə bilərlər. 

Hər namizəd yalnız bir vakansiya üzrə müsabiqədə iştirak edə bilər.

Vakansiya haqqında ətraflı məlumat:

https://bitly.ws/3cYsX

Nəşr edilib : 12.02.2024 16:05