AZ EN RU

Tədbir keçirilmişdir

    Naxçıvan Muxtar Respublikası Yoluxucu Xəstəliklər Mərkəzində hesabatlılığın formalaşması və elektronlaşmanın tam təmin olunması ilə bağlı tədbir keçirilmişdir. 
    Tədbirdə Naxçıvan Muxtar Respublikasının İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyəti sədrinin müavini Vüsal Məmmədov,  Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin aparat rəhbəri Vüsal Məmmədov və Naxçıvan Muxtar Respublikası Yoluxucu Xəstəliklər Mərkəzinin direktor əvəzi Elçin Rəfiyev çıxış ediblər.
    Tədbir iştirakçılarına məlumat verilib ki, icbari tibbi sığortanın tətbiqində iştirak edən tibb müəssisələrində “Səhiyyə informasiya idarəetmə sistemi”nin təkmilləşdirilərək tam mərkəzləşdirilmiş qaydada həyata keçirilməsi, sistemdə olan boşluqlar, yaranmış bir sıra nöqsanlar, yeni modulların yaradılması və bir sıra dəyişikliklərin edilməsi nəzərdə tutulur. İcbari tibbi sığortanın başlıca funksiyası və əsas məqsədi tibb müəssisələrinin düzgün hesabatlılığı və şəffaf maliyyələşmə mexanizminin yaradılmasından ibarətdir.
    İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Səhiyyə və tibbi statistika şöbəsinin müdiri Aysel Mikayılova və həmin şöbənin Ekspertiza sektorunun baş məsləhətçi-iqtisadi eksperti Qadir Rəfiyev Yoluxucu Xəstəliklər Mərkəzi tərəfindən 2023-cü ilin may-iyul ayları ərzində göndərilən hesabatlarda Agentlik tərəfindən sığorta ödənişindən imtina və ya sığorta ödənişinin qismən verilməsinin səbəblərini, tələb olunan maliyyə vəsaitlərinin buna görə azaldılaraq tibb müəssisəsinə ödənildiyini tibb işçilərinin nəzərinə çatdırıblar.
    Tədbir diskussiya ətrafında davam etdirilmiş, suallar cavablandırılıb.

Naxçıvan Muxtar Respublikası İcbari Tibbi Sığorta üzrə

Dövlət Agentliyinin mətbuat xidməti

Nəşr edilib : 13.09.2023 19:24