AZ EN RU

Tədbir keçirilib

Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Naxçıvan  Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Tumbul Kənd İcra Nümayəndəliyində “Müasir qadınlar – mental dəyərləri əks etdirən stereotipləri ləğv edənlərdir” mövzusunda tədbir keçirilib.
Naxçıvan Şəhər İcra Hakimiyyəti yanında Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyanın məsul katibi, böyük məsləhətçi Səfəralı Vəliyev, Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Aparatının Ailə, qadın problemləri və gender məsələləri şöbəsinin baş məsləhətçisi Firuzə Hüseynova çıxış ediblər.  Çıxışlarda qadının cəmiyyətdəki yeri və rolundan, onun mental dəyərlər çərçivəsindəki fəaliyyətindən danışılıb. 
Sonra “Azərbaycan qadını – keçmişimiz və bu günümüz” adlı videoçarx nümayiş olunub. Tədbir iştirakçıları ilə mövzu ətrafında  fikir mübadiləsi aparılıb.

Nəşr edilib : 15.02.2024 17:41