AZ EN RU

Tədbir keçirilib

İlham Heydər oğlu Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsinin 20 illiyinin qeyd olunması məqsədilə Heydər Əliyev adına Hərbi Liseyin kursantları arasında qol güləşi yarışı keçirilib. Birinciliyin keçirilməsində əsas məqsəd İlham Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsinin 20 illiyinin qeyd olunması və bu idman növünün kursantlar arasında təbliğ edilməsindən ibarət olub. Heydər Əliyev adına Hərbi Liseyin rəisi polkovnik Elşad Həsənov və #Gənclər və #İdman İdarəsinin rəisi Tahir Məmmədli tədbirin keçirilmə məqsədi haqqında danışıb, kursantlara qalibiyyət sevinci arzulayıblar. Yarışda 3 çəki dərəcəsi üzrə 43 kursant mübarizə aparıb. Nəticələrə əsasən -60 kq çəki dərəcəsində Nihad Seyfullayev, Yusif Şeydayev, Kamran Əliyev, 60-75 kq çəki dərəcəsində Sinan Muradov, Əli Həsənov, Nurlan Hüseynov, 75+ kq çəki dərəcəsində isə Ayxan Mustafazadə, Sevindik İmanov, Teymur Quliyev müvafiq olaraq I, II və III yerlərə layiq görülüblər. İlk üç yerin sahibləri idarənin diplomları ilə təltif edilib.
Birincilik 25 oktyabr 2023-cü il tarixdə Gənclər və İdman İdarəsi və Heydər Əliyev adına Hərbi Liseyinin birgə təşkilatçılığı ilə reallaşıb.

Ceyhun MƏMMƏDOV

Nəşr edilib : 26.10.2023 09:54