AZ EN RU

Tədbir keçirilib

Naxçıvan şəhər ərazisində yerləşən hərbi hissənin təlim-məşq meydanında payız çağırışına həsr olunan "Vətənin Müdafiəsinə Hazıram" poliatlon çoxnövçülüyü üzrə şəhər birinciliyi keçirilib. Birinciliyin keçirilməsinin əsas məqsədi çağırışyaşlı və çağırışaqədərki gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyə olunması və onlara vətənpərvərlik hisslərinin aşılanması olub. Çıxış edənlər komandalara qalibiyyət sevinci arzulayıblar. 16 tam orta məktəbin komandasının iştirak etdiyi birincilik 100 metr məsafəyə qaçış, qumbara atma və turnikdə dartınma növləri üzrə keçirilib. Birinciliyin yekununa əsasən 11 nömrəli tam orta məktəbin komandası I, 17 nömrəli tam orta məktəbin komandası II, 16 nömrəli tam orta məktəbin komandası isə III yerə layiq görülüb. Sonda ilk üç yeri tutan komandalara və növlər üzrə fərqlənən şagirdlərə təşkilatçıların kubok, diplom və fəxri fərmanları təqdim edilib.
Gənclər və İdman İdarəsi, Təhsil Şöbəsi və SHXÇDX-nin Naxçıvan MR Baş İdarəsi üzrə Naxçıvan Şəhər İdarəsinin təşkil etdiyi birincilik 5 oktyabr 2023-cü il tarixdə reallaşıb.

Nəşr edilib : 05.10.2023 17:05