AZ EN RU

Tədbir keçirilib

Polis əməkdaşları yeniyetmə və gəncləri zərərli vərdişlərin fəsadları barədə məlumatlandırmaq, onlar arasında sağlam həyat tərzini təbliğ etmək məqsədilə Naxçıvan şəhər C.Məmmədquluzadə adına 2 nömrəli, Babək şəhər 2 nömrəli, Sədərək rayon 1 nömrəli və  Kəngərli rayon Qıvraq qəsəbə tam orta məktəblərində “Narkomaniya və onun insan sağlamlığına vurduğu ağır zərərlər” mövzusunda maarifləndirici tədbirlər keçirmiş, Şərur  rayon Şəhriyar kənd  tam orta məktəbində “Milli mənəvi dəyərlər” və “Vətənpərvərlik” mövzularında şagirdlər arasında profilaktik söhbətlər aparmışlar.

Nəşr edilib : 04.10.2023 16:14