AZ EN RU

Tədbir keçirilib

Şahbuz şəhər 1 nömrəli tam orta məktəbində “Ümummilli Lider Heydər Əliyev və Azərbaycan dili” mövzusunda tədbir keçirilib. Rayon İcra Hakimiyyəti və Təhsil şöbəsinin kollektivlərinin iştirak etdikləri tədbirdə əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Vətənimizin ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbiri giriş sözü ilə rayon İcra Hakimiyyəti Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Cəlal Paşayev açaraq əbədiyaşar lider Heydər Əliyevin bütün həyatını Azərbaycan dövlətinə həsr etməsindən və xalqımız qarşısında göstərdiyi müstəsna xidmətlərindən danışıb. Diqqətə çatdırlıb ki, Azərbaycan dili dünyanın ən qədim və zəngin tarixə malik dillərindən biridir. Milli-mənəvi dəyərlərimizin daşıyıcısı olan dilimizin dövlət səviyyəsinə qaldırılması üçün mübarizə XIX əsrin əvvəllərindən XX əsrin ortalarına qədər davam etsə də onun inkişafı, rəsmi dövlət dili statusuna malik olması görkəmli dövlət xadimi Heydər Əliyevin adı ilə bağlıdır. Qeyd olunub ki, dahi rəhbərin 2001-ci il 9 avqust tarixli Fərmanı ilə hər il 1 avqust ölkəmizdə “Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü” kimi qeyd olunur.

Tədbirdə 1 nömrəli tam orta məktəbin müəllimi, Naxçıvan Muxtar Respubliksının əməkdar müəllimi Siyatel Cəfərova və məktəbin Uşaq Birliyinin rəhbəri Leyla Məmmədovanın çıxışları dinlənilib.

                                                                             Sürəyya QƏDİMƏLİYEVA   

Nəşr edilib : 02.08.2023 15:46