AZ EN RU

Tədbir keçirilib

    Naxçıvan Muxtar Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Naxçıvan Dövlət Universitetinin birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Heydər Əliyev İcbari tibbi sığortanın banisidir” mövzusunda tədbir keçirilib.
    Tədbiri universitetin Elm və innovasiyalar üzrə prorektoru Elsəvər Əsədov açaraq icbari tibbi sığortanın əhəmiyyətini qeyd edib. Sonra İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Elnur İbrahimov çıxış edərək bildirib ki, tibb sahəsi üzrə qanunvericilik bazasının formalaşması, tibb ocaqlarının müasir tibbi cihaz və avadanlıqları ilə təchiz olunması, tibb müəssisələrində beynəlxalq standartlara əsaslanan müalicə və müayinə metodlarının tətbiqi, icbari tibbi sığortanın Azərbaycan Respublikasının bütün ərazisində uğurla həyata keçirilməsi məhz xalqımızın Ümummilli Lideri Heydər Əliyevin adı ilə bağlıdır. Bu gün Ulu Öndərin uzaqgörən siyasəti Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir. 
    Naxçıvan Muxtar Respublikasında da hazırda icbari tibbi sığorta mexanizmlərinin formalaşdırılması, tibb sahəsi üzrə kadr potensialının artırılması, tibb müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi, əhalinin tibbi xidmətlərə bərabər şərtlərlə əlçatanlığının artırılması və əhalinin sağlamlığının qorunması istiqamətində məqsədyönlü işlər həyata keçirilməkdədir.
    Sonda iştirakçıların sualları cavablandırılıb, Ulu Öndər haqqında filmin nümayişi olub.

Naxçıvan Muxtar Respublikası
 İcbari Tibbi  Sığorta üzrə Dövlət Agentliyinin mətbuat xidməti

Nəşr edilib : 20.09.2023 17:59