AZ EN RU

Tədbir keçirilib

    Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) və Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin birgə təşkilatçılığı ilə “Fövqəladə vəziyyət zamanı insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi: hüquqlar və vəzifələr” mövzusunda hüquqi maarifləndirmə tədbiri keçirilib.
    Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Alayının komandiri Şərif Əsədov və İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) aparatının şöbə müdiri Asiman Abbasov giriş sözü ilə çıxış edərək tədbirin keçirilməsinin məqsəd və əhəmiyyəti barədə danışıblar.
    Sonra Ombudsmanın əməkdaşları Aysel Nəcəflinin və Həsən Həsənovun, Fövqəladə Hallar Nazirliyinin əməkdaşı İsmayıl Hənifəyevin müxtəlif mövzularda çıxışları dinlənilib, sonda videoçarx nümayiş etdirilib.

Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə 
Müvəkkilinin (Ombudsmanın) mətbuat xidməti

Nəşr edilib : 19.07.2023 19:21