AZ EN RU

Tədbir keçirilib

    Naxçıvan Muxtar Respublikası Aşıqlar Birliyində birliyə yeni üzv qəbul edilən aşıqlara vəsiqələr təqdim olunub. Bu münasibətlə keçirilən tədbirib birliyin sədri Tural Bağırov giriş sözü ilə açaraq bildirib ki, bu gün muxtar respublikamızda milli-mənəvi dəyərlərimizə göstərilən diqqət və qayğı ən yüksək səviyyədədir. Buna cavab olaraq Aşıqlar Birliyinin yaradılması həmin birlik üzvlərinin yubiley və bayram tədbirlərində, festivallarda, Novruz bayramı şənliklərində, həmçinin tarixi və əlamətdar günlərdə fəal iştirakları təmin olunub. Birlik üzvləri təkcə muxtar respublikamızda deyil, ölkəmizin müxtəlif şəhərlərində keçirilən konsert proqramlarında iştirak edirlər. Belə ki, birlik üzvləri Bakı şəhərində, ötən ay Türkiyə Respublikasının Ərzurum şəhərində “Şuşa ili” ilə bağlı təşkil olunmuş konsert proqramında  muxtar respublikamızı layiqincə təmsil ediblər.  Bu gün 10 aşığa vəsiqə təqdim olunması göstərilən diqqət və qayğının daha bir nümunəsidir. Vurğulanıb ki, birlikdə 21 aşıq fəaliyyət göstərir. Bununla yanaşı həvəskar aşıqlar da birliklə sıx əməkdaşlıq edirlər. Onların da peşəkar aşıq kimi yetişdirilməsinə hərtərəfli köməkliklər göstərilir. 
    Tədbirdə vəsiqə təqdim olunan Əli İsmayılov həmkarları adından minnətdarlığını bildirib. 
    Sonda öz fəailiyyəti ilə seçilən aşıqlara vəsiqə təqdim  olunub. 

Telli MƏMMƏDOVA

Nəşr edilib : 06.04.2022 18:09