AZ EN RU

Təbriz küçəsində yol təmir işləri aparılır

    Bu gün muxtar respublikamızın bütün sahələrində qeydə alınan inkişaf, tərəqqi, həyata keçirilən sosial tədbirlər, habelə tikinti-quruculuq sahəsində əldə edilən uğurlar ölkəmizdə nümunəvi yol mədəniyyətinin formalaşmasına da əsas verir. Hər il yeni yolların salınması da bunun ifadəsidir. Cari ildə də belə tədbirlər davam etdirilir. Hazırda Naxçıvan şəhərinin Təbriz küçəsində yol bərpa işləri həyata keçirilir. Belə ki, təxminən, 300 metrdən artıq magistral yolda köhnə asfalt örtük sökülərək yeni ikiqatlı asfalt örtüklə əvəz olunur. Yolun müəyyən bir hissəsində asfaltlama işləri yekunlaşmaq üzrədir, qalan hissələrdə isə işlər sürətlə davam edir. Qeyd edək ki, yol kənarlarındakı yararsız bordürlər də sökülərək yeniləri ilə əvəz olunur. Bərpa işlərini isə Naxçıvan Muxtar Respublikası Avtomobil Yolları Dövlət Agentliyinin Naxçıvan Şəhər Yol Təmir-Tikinti İdarəsi həyata keçirir.

Məcid RƏŞADƏTOĞLU

Nəşr edilib : 19.08.2022 17:55