AZ EN RU

Teatr müsabiqəsinin qalibləri bəlli olub

    Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman, Mədəniyyət nazirliklərinin birgə təşkilatçılığı ilə muxtar respublikada fəaliyyət göstərən ali və orta ixtisas təhsili müəssisələrinin teatr studiyaları arasında keçirilən müsabiqəyə yekun vurulub.
    Münsiflər heyətinin yekun qiymətləndirməsinə əsasən Naxçıvan Dövlət Universitetinin komandası müsabiqənin qalibi adına layiq görülüb. Naxçıvan Dövlət Texniki Kolleci və Naxçıvan Müəllimlər İnstitutunun teatr studiyaları müvafiq olaraq ikinci, üçüncü sıralarda qərarlaşıblar. İlk üçlükdəki komandalar diplom, plaket və hədiyyələrlə mükafatlandırılıb.
     Sonda NDU-nun tələbələri onlara uğur gətirən “Kimdir müqəssir?” tamaşasını nümayiş etdiriblər. 

 Ceyhun MƏMMƏDOV

Nəşr edilib : 03.06.2022 19:47