AZ EN RU

TDT-nin onuncu Zirvə görüşü oktyabrda Qazaxıstanda keçiriləcək

Türk Dövlətləri Təşkilatının (TDT) onuncu yubiley Zirvə görüşü oktyabrda Qazaxıstanın Türküstan şəhərində keçiriləcək.

Bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev TDT-nin Ankarada keçirilən Fövqəladə Zirvə görüşündə bildirib.

Qazaxıstan Prezidenti bildirib ki, hazırda dünyada mürəkkəb geosiyasi və iqtisadi vəziyyət yaranıb. “Belə bir vəziyyətdə türk dünyasının əməkdaşlığının möhkəmləndirilməsi çox vacibdir. Bizim təşkilat beynəlxalq arenada layiqli yer tutduğunu nümayiş etdirir. Ölkələrimizin siyasi, iqtisadi və mədəni əlaqələri yeni səviyyəyə yüksəltməsi vacibdir”, - deyə Kasım-Jomart Tokayev vurğulayıb.

Nəşr edilib : 16.03.2023 18:14