AZ EN RU

TDT-nin Baş katibi: Şuşa gələcəkdə nəinki regionda, dünyada ən gözəl şəhərlərdən biri olacaq

Bu gün Şuşada Qlobal Media Forumu keçirilir. Ümidvaram ki, mədəniyyət paytaxtı Şuşada bu forum hər il keçiriləcək.

Bunu Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyev “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Şuşa Qlobal Media Forumunda jurnalistlərə açıqlamasında deyib.

Qlobal Media Forumunun açılış mərasimində çıxışı zamanı Prezident İlham Əliyevin Qarabağ Zəfəri və sonrakı mərhələlər barədə geniş məlumat verdiyini bildirən K.Ömüralıyev qeyd edib: “Şuşa gələcəkdə nəinki regionda, dünyada ən gözəl, ən yaxşı şəhərlərdən biri olacaq, mən buna inanıram”.

Nəşr edilib : 21.07.2023 20:06