AZ EN RU

Tatarıstanlı iştirakçı: Naxçıvanın mineral suları ilə tanış oldum

Bakı şəhərində 17-ci  Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı “Caspian Agro” və 29-cu Azərbaycan Beynəlxalq Qida Sənayesi “InterFood Azerbaijan” sərgiləri keçirilir.
Tatarıstan Respublikasından gələn Nokolay Kiryanov "Şərq qapısı"na müsahibə verib: Naxçıvan haqqında az-çox məlumat sahibi olmağıma səbəb iş adamı olan naxçıvanlı dostlarım olub. Bu gün bu sərgidə Naxçıvanın mineral suları ilə tanış oldum. Öyrəndim ki,Naxçıvan mineral sular muzeyi adlandırılır. "Sirab"ın, "Badamlı"nın dadına baxdım. Çox gözəl idi.

Ramiyə Əkbərova
"Şərq qapısı" qəzetinin Bakı şəhərinə ezam olunmuş müxbiri

Nəşr edilib : 15.05.2024 11:42