AZ EN RU

"Tarixlərdə yaşayan qədim Naxçıvan "adlı tədbir keçirilib

Şahbuz Rayon Mədəniyyət Sarayında Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinə həsr olunmuş "Tarixlərdə yaşayan qədim Naxçıvan "adlı tədbir keçirilib.
Əvvəlcə Mədəniyyət Sarayının foyesində təşkil olunmuş sərgiyə baxış keçirilib.
Tədbirdə Ümummilli Lider Heydər Əliyevin və ərazi bütövlüyümüzün təmin olunmasında canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib. Naxçıvan Muxtar Respublikasının tarixi inkişaf yolu haqqında ətraflı məlumat verilib. 
Sonra 2023-cü ildə Şahbuz rayonu üzrə təhsil sahəsində fərqlənən müəllimlər təltif edilib, konsert proqramı təqdim olunub.

Nəşr edilib : 09.02.2024 17:52