AZ EN RU

“Tarixin 100 ili - Naxçıvan” adlı rəsm müsabiqəsinin birinci mərhələsi keçirilib

Fevralın 13-də Naxçıvan Dövlət Rəsm Qalereyası və  Naxçıvan Şəhər Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə Naxçıvan şəhər ümumtəhsil məktəblərinin şagirdləri arasında Naxçıvan Muxtar Respublikasının 100 illiyinə  həsr olunmuş “Tarixin 100 ili - Naxçıvan” adlı rəsm müsabiqəsinin  birinci mərhələsi baş tutub. Naxçıvan şəhər 5 nömrəli tam orta məktəbdə  keçirilən müsabiqədə 30 yaxın məktəbli iştirak edib.Muxtar diyarın təbiəti, tarixi abidələri, görkəmli şəxsiyyətləri ilə bağlı rəsmlər çəkən məktəblilərin əl işləri münsiflər heyəti tərəfindən qiymətləndirilib.
Qeyd edək ki,müsabiqənin yekun turu aprel ayında təşkil olunacaq.

Nəşr edilib : 14.02.2024 11:25