AZ EN RU

“Tarixi nailiyyət – muxtariyyət” adlı tədbir keçirilib

Babək Rayon Rayon Mədəniyyət Sarayında Naxçıvan Muxtar Respublikasının yaranmasının 100 illik yubileyi münasibətilə “Tarixi nailiyyət – muxtariyyət” adlı tədbir keçirilib.
Mədəniyyət üzrə Elmi-Metodik Mərkəzin və Babək Rayon Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə keçirilən tədbiri Mərkəzin direktoru Səyyar Məmmədov giriş sözü ilə açaraq bildirib ki, Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyi Azərbaycanın, habelə bölgənin tarixində böyük əhəmiyyət kəsb edir və xalqımızın həyatında əlamətdar hadisədir. Muxtar respublikanın tarixi və inkişafı ilə bağlı tədqiqatlar aparılacaq, tədbirlər həyata keçiriləcək və bununla Naxçıvanın qədim türk torpağı olduğu bir daha beynəlxalq ictimaiyyətə çatdırılacaqdır. 
Tədbirdə tarix üzrə fəlsəfə doktoru Qadir Əkbərovun “Naxçıvan ədəbi mühiti İkinci Dünya müharibəsi illərində”, Babək Rayon Mədəniyyət İdarəsinin müdiri Fətəli Axundzadənin “Muxtariyyət dövrü Naxçıvan mədəniyyəti” və Mədəniyyət üzrə Elmi-Metodik Mərkəzin şöbə müdiri Məhəmməd Məmmədovun “Naxçıvanın muxtariyyəti tarixi nailiyyətidir” mövzularında çıxışları olub. 
Sonra qədim diyara həsr olunmuş mahnılar səsləndirilib. 

Naxçıvan Muxtar Respublikasının 
Mədəniyyət Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 05.02.2024 20:04