AZ EN RU

Tarixi “İpək yolu” fonunda Zəngəzur dəhlizi

Azərbaycan 2020-ci ildə şanlı qələbə çalaraq  dünya hərb tarixində müasir müharibənin  yeni qaydalarını  yaratdı və dünyaya nümayiş etdirdi. Bununla yanaşı qazanılmış tarixi qələbə yeni geosiyasi rellıqlar yaratdı. Ermənistanın kapitulyasiya aktını imzalaması  ilə şərtləri qalib ölkəmiz tərəfindən diktə edilən bəyannamədə  Azərbaycanın  ayrılmaz tərkib hissəsi sayılan Naxçıvan Muxtar Respublikasının blokadadan çıxması fonunda ciddi addımlar atıldı. Zəngəzur dəhlizinin açılması istiqamətində Azərbaycan dövlətinin həyata keçirdiyi son addımlar zamanımızın ən aktual məsələlərindəndir. İstər ölkə ictimaiyyəti, istər region ölkələri, istərsə də dünya bu prosesi maraqla izləyir.

Açar sözlər: Zəngəzur dəhlizi, Azərbaycan Respublikası, Naxçıvan Muxtar respublikası, Ermənistan, ipək yolu

Ermənistan işğalçı dövlətinin həyata keçirdiyi işğal siyasəti  bölgədə həyatı, həmçinin də iqtisadiyyatı ciddi şəkildə  gerilədib. Kommunikasiyalar öz işləkliyini itirib. Ermənistanın bu fəaliyyəti ən başda özünə ciddi şəkildə zərər vurub, çünki yeni enerji və digər kommunikasiyalardan kənarda qalıb. Yəni, özü-özünü həm iqtisadi, həm də siyasi cəhətdən blokadaya almış olub. Həmçinin də, böyük ipək yolu öz işləkliyini itirib.

Böyük ipək yolu keçdiyi ərazilərdə xalqların, dövlətlərin siyasi, iqtisadi cəhətdən əlaqələrini təmin etmişdir. Eləcə də bu qədim yol keçdiyi ərazilərin sosial-iqtisadi inkişafına  şərait yaradıb. Dövlətlərin və xalqların inteqrasiyasını təmin edib. Nəzərə alsaq ki, bu tarixi qədim dövrlərə dayanan yol əsas etibarıilə türk dövlətlərinin ərazisindən keçib. Bu zaman “İpək yolunun” türk dövlətlərinin birliyi baxımından nə qədər önəmli olduğu bir daha sübut olunur.

Böyük İpək yolu Çini orta Asiya vasitəsi iləyaxın Şərq, Aral dəniz və Xəzər dənizi ilə birləşdirən karvan yolu olmuşdur. Lakin bu nəhəng lahiyə yalnız ticarət yolu deyildi. Böyük İpək yoluna həm diplomatiya yolu, həmçinin kəşfiyyat yolu, eləcə də mədəniyyətlərin qovuşması, xalqların yaxınlaşmasını təmin edən müstəsna əhəmiyyətli dəhliz kimi baxmaq olar. “Böyük ipək yolu” termini bizim eradan əvvəl  məşhur Çin səyyahı Çjan Syanın səfərindən sonra işlədilib.

Eramızın II əsrində fəaliyyətə başlayan bu yol XVI əsrə qədər  mövcud olub. Çindən başlayaraq Balkan yarımadasına qədər irəliləyib. Bu yolla hərəkət edən  karvanların ən dəyərli məhsulunun  ipək olduğunu nəzərə alaraq bu məşhur karvan yolunun adını 1870-ci ildə alman fotoqrafı Fon Rixtofen  “İpək yolu” qoymuşdur.

Azərbaycan ərazisi bu qədim ticarət yolunun əsas keçidlərindən biri olmuşdur. Azərbaycan Asiya ilə Avropa arasında xüsusi körpü roluna malik olub.

Azərbaycanın yenidən müstəqilliyini qazanması, müstəqil siyasət həyata keçirən bir tərəfdaş kimi qəbul edilməsi Tarixi İpək yolunun bərpasına ölkəmizin gələcək perspektivlərindən xəbər verir. Avropa və Asiya arasında əlaqələrin yenidən bərpası və inkişafı fonunda TASİS  proqramı meydana gəlmişdir. 1993-cü ilin may ayında TRASEKA ( Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizi) proqramı qəbul olunub.

Təsadüfi deyil ki, Tarixi İpək yolunun bərpası istiqamətində ən fəal ölkə  Azərbaycan seçildi. Bu cürqlobal bir məsələyə Bakı ev sahibliyi etdi. 1998-ci ilin sentyabrında tarixi ipək yolunun bərpası üzrə beynəlxalq konfrans keçirildi. 32 dövlətin və 13 beynəlxalq təşkilatın  iştirakı ilə keçirilən konfransda xalqımızın ümummilli lideri Heydər Əliyevin çıxışında Avropa və Asiya arasındakı körpü rolu baxımından Azərbaycanın əhəmiyyəti xüsusi vurğulanır.

 Böyük İpək yolundakı ən mühüm kecidlərdən biri də Azərbaycanın qədim torpağı Naxçıvandır. Mənfur düşmənlərin düşünülmüş siyasətlərinin nəticəsi olaraq Azərbaycanın əsas hissəsindən ayrı salınan bu qədim diyar strateji-coğrafi mövqeyi və əlverişli təbii şəraiti nəticəsində qədim insanların ilk yaşayış məskənlərindən biri olmuşdur. Bütün bu amillər qədim Naxçıvanı hətta Eldənizlər dövlətinin paytaxtına çevirmişdir. Bu tarixi dövrdə Naxçıvan siyasi, iqtisadi cəhətdən daha da inkişaf etmişdir. Həm Atabəylər dövlətinin paytaxtı olması, həmiçinin də dünya ticarət yollarının üzərində yerləşməsi bu qədim diyarı sürətli inkişafa yönəldərək Azərbaycanın digər şəhərlərindən seçilmişdir. Naxçıvan şəhəri cənubdan şimala uzanan Marağa-Dəbil yolunda əsas keçid rolunu oynayırdı.

 Elmin, texnikanın sürətli inkişafı, demokratik dəyərələrin dövlətlər üçün əsas meyar olduğu müasir dövrdə  müasir İpək yolununbərpası yeni bir qlobal faktor kimi dəyərləndirilir. Məhz bu faktorlardan biri də Zəngəzur dəhlizidir ki, 30 illik işğal dövründə böyük dövlətlərin səssiz qaldığı Erməni vandalizmi, Beynəlxalq hüququn işləkliyini itirməsi, dünyanın ən mötəbər qurumlarından sayılan BMT-nin Təhlükəsizlik Şurasının 822, 853, 874, 884 saylı qətnamələrinin kağız üzərində qalması, ATƏT-in Minsk qrupunun isə münaqişəni dondurulmuş statusda saxlaması Azərbaycan dövlətinin və xalqının səbir kasasını daşırmışdır. 2020-ci il 27 sentyabr tarixində erməni hərbi birləşmələrinin atəşkəsi pozması Azərbaycanın əkshücum əməliyyatına məcbur etdi. 44 gün davam edən  İkinci Qarabağ müharibəsi dünyada səs salacaq şanlı qələbə ilə başa çatdı. Azərbaycan ordusu və Azərbaycan diplomatiyası XXI əsrin hərb tarixini yazdı. Bütün dünya  müzəffər ordu və müzəffər ali baş komandan harmoniyasında birlik gördü. Müharibənin nəticələri barədə dünyada geniş müzakirələr başladı. Müzakirə edilən faktorlardan biri də Zəngəzur dəhlizi və onun beynəlxalq əhəmiyyəti idi. Təbii ki, bu müzakirələr səbəbsiz deyildi. Zəngəzur dəhlizi həm tarixi aspektdə, həm müasir geosiyasi reallıqlar prizmasından, həm də Cənubi Qafqazda sülh, barış və əməkdaşlığın bərpa olunmasında prinsipial əhəmiyyət daşıyır. Bu məsələ ərafında baş verən hadisələr göstərir ki, o, çoxparametrli, müxtəlif sahələri əhatə edən faktorlarla əlaqəlidir. Zəngəzur dəhlizinin çoxəsrlik tarixinə nəzər salsaq rus və digər faktorlar yenə də qabarıq səkildə görünür. Çar Rusiyasının tarixi  Azərbaycan torpaqlarında inzibati dəyişiklik etməsi, bölgənin demoqrafiyasını məqsədli şəkildə dəyişməsi dəhlizin acı aqibətinin xəbərçisidir. Ötən əsrin 20-ci illərində tarixi Azərbaycan torpağı olan Zəngəzur bölgəsi Ermənistan  SSR-in tərkibinə verildi. Bununla da regionda tarixi və coğrafi bütövlük pozuldu. Lakin ikinci Qarabağ müharibəsində Azərbaycanın Cənubi Qafqazda yaratdığı yeni geosiyasi reallıqlardan biridə Zəngəzur dəhlizidir. Bu tarixi ticarət yolu istər region, istərsə də dünya üçün yeni perspektiv deməkdir. Bu dəhlizin yeni imkanları maraqlı dövlətləri özünə cəlb edir. Qeyri-region ölkəsi olmasına baxmayaraq Çin dövləti də Zəngəzur dəhlizində maraqlıdır. Çinin “Bir kəmər bir yol” layihəsi çərçivəsindəplanlanan 3 ticarət yolundan biri olan “Orta yol”  nəqliyyat dəhlizi Zəngəzur dəhlizininin önəmini daha da artırır. “kəmər bir yol” Layihəsi üçün xüsusi əhəmiyyət kəsb edən məsələlərdən biri ticari-iqtisadi əlaqələrin ucuz, təhlükəsiz, sürətli yolla təşkil edilməsindən ibarətdir. Bu məqsədlə şərti olaraq “Şimal yolu”, “Orta yol” və “Cənub yolu” kimi terminlər də daxil edilib. “Şimal yolu” Rusiya ərazisindən keçərək Avropaya uzanan, “Orta yol” Mərkəzi Asiya-Azərbaycan-Gürcüstan-Türkiyəni əhatə edən marşrutu, “Cənub yolu” isə Cənubi Asiya ölkələri ərazisindən keçərək İranı da əhatə edən istiqamətdir.Məsələ burasındadır ki, bu üç əsas yol Cənubi Qafqazda Azərbaycan ərazisində kəsişir. Azərbaycan tərəfinin məqsədi və mövqeyi qətiyyətli, eyni zamanda  aydındır ki, Zəngəzur dəhlizi, hər şeydən əvvəl, regional əməkdaşlıq qarşısında illərdir dayanan 

maneələrin aradan qaldırılmasına xidmət etməlidir. Daha sonra regionda dayanıqlı və möhkəm sülh və sabitlik, həmçinin perspektiv imkanlar yaratmalıdır. Dəhlizin mümkün imkanlarını nəzərə alan bir çox dövlət artıq bu reallığı qəbul edərək Zəngəzur dəhlizini dəstəkləyir.Əməkdaşlıq fonunda Azərbaycan “Altılıq” platformanı da təklif edir. Bu platforma region ölkələrini bir-birinə daha da yaxın edəcək. Azərbaycan, Rusiya, Türkiyə, İran, Gürcüstan və Ermənistanın əməkdaşlıq və təhlükəsizlik sahələrində ortaq fəaliyyət göstərmək üçün xüsusi platformada birləşməsi nəzərdə tutulub. Yəni, bu ölkələr regiondan kənarda olan qüvvələrlə əməkdaşlıq və təhlükəsizlik məsələlərində razılaşdırılmış formada və bir əməkdaşlıq formatının üzvləri kimi iştirak etməlidirlər. Deməli, Zəngəzur dəhlizi həmin altı dövlət üçün geosiyasi və geoiqtisadi aspektlərdə eyni dərəcədə əhəmiyyət kəsb edir və onun təhlükəsizliyi onların hər birinin vəzifəsidir. Belə ki,  Cənubi Qafqazda hansısa dövlətin hegemon davranışına son qoyulur. Burada Azərbaycan, Rusiya, Türkiyə Gürcüstan və İran bir yerdə aparıcı rol oynamalıdırlar. Digər bir məsələ isə Azərbaycanın istənilən əməkdaşlıq platformasına Ermənistanı da aid etməsidir. Bu humanizm  bölgədə uzunmüddətli sülh və əməkdaşlıq baxımından olduqca əhəmiyyətlidir.

Nəticə olaraq Azərbaycanın regionda yaratdığı yeni geosiyasi reallıqlar fonunda Zəngəzur dəhlizi rarixi bir inkişaf yolu vəçox yaxın reallıqdır. Çinin, Avropanın, eləcə də region dövlətlərinin Zəngəzur dəhlizində ortaq maraqlarıbu tarixi 300 ilə dayanan qədim yolun bərpasını daha da reallaşdırır. Qardaş Türkiyə dövləti ilə imzalanan, qardaş sevgisini, qardaş dəstəyini dünyaya nümayiş etdirən “Şuşa bəyannaməsi” bölgədə əməkdaşlığın, sülhün, inkişaf persektividir. Analoqu olmayan bu platforma Azərbaycanı regionda və dünyada söz sahibi  edir.

Zəngəzurla  dəhlizi ilə bağlı Azərbaycanın qətiyyətli mövqeyi ölkə başçısının Naxçıvan səfərində də özünü göstərmişdir. Prezident İlham Əliyev bu sözləri mayın 10-da Naxçıvan Muxtar Respublikasına səfəri zamanı Azərbaycan Televiziyasına müsahibəsində deyib “Mən təsadüfən Ordubad dəmir yolu stansiyası ilə tanışlığa gəlməmişəm. Çünki bunun da çox böyük rəmzi mənası var. Bu yaxınlarda buradan təqribən 50-60 kilometr uzaqlıqda yerləşən Mincivan qəsəbəsinin ermənilər tərəfindən dağıdılmış dəmir yolu stansiyasında baxış keçirdim. Orada dəmir yolu mövcud deyil. Mənfur düşmən bütün dəmir yolu infrastrukturunu dağıdıbdır, talan edibdir. Orada bir mərkəz olacaq, burada bir mərkəz olacaq. Zəngilanı Naxçıvanla ayıran cəmi 40 kilometrlik Zəngəzur dəhlizidir, hansı ki, açılmalıdır və açılacaqdır”.

Müzəffər ordu, müzəffər ali baş komandon və müzəffər xalq birliyi sülhün, təhlükəsizliyin, beynəlxalq əməkdaşlığın qarantıdır. 

Nazlı YAQUBOVA

Naxçıvan Dövlət Universitetinin “Beynəlxalq münasibətlər”

kafedrasının müəllimi

Siyasi elmlər üzrə disertant

 

Nəşr edilib : 24.01.2023 17:43