AZ EN RU

Tarixi ənənələrə sədaqətdən doğan qardaşlıq nümunəsi-Azərbaycan-Türkiyə...

Tarixin bütün səhifələrini vərəqləsək, gəlmiş-keçmiş, dünən-bugün yaşayan, var olan hansısa xalqların, millətlərin, ölkələrin Azərbaycan və Türkiyə qədər bir-birinin dərdinə ürəkdən yanmasının, şad gününə bütün qəlbi ilə sevinməsinin şahidi ola bilmərik. İllərin sınağından keçmiş, təcrübələrdən, yaşanmışlardan doğan bu dostluq, qardaşlıq ən mükəmməl ifadə edəsini isə heç şübhəsiz Türk dünyasının iki böyük lideri Mustafa Kamal Atatürkün “Azərbaycanın kədəri kədərimiz, sevinci sevincimizdir”və Ümummilli Lider Heydər Əliyevin “Bir millət, iki dövlət” kəlamlarında tapır. Müasir dövr tariximizdə bu doğmalıq, yaxınlıq münasibətləri ölkə Prezidentləri cənab İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə bütün sahələrdə güclü, etibarlı tərəfdaşlıq, sıx əməkdaşlıq əlaqələri çərçivəsində, perspektivli gələcək, inamlı sabahlar naminə ən yüksək səviyyədə yaşadılır, inkişaf etdirilir. Prezident İlham Əliyevin Avropa İttifaqının “Şərq tərəfdaşlığı” Proqramının sammitindəki çıxışı zamanı “Bu masa arxasında Türkiyə nümayəndələri yoxdur. Ancaq mən buradayam”, torpaqlarımızın erməni işğalı dövründə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın “Qarabağ Azərbaycan qədər bizim də məsələmizdir” bəyanatlarımilliliyə, soykökə bağlılığın, dahi sələflərin tarixi ənənələrinə layiqli xələflərin sədaqətinin müfəssəl inikasıdır...

Müxtəlif dövrlərdə hər iki ölkə liderləri tərəfindən yüksək kürsülərdən səsləndirilən siyasi bəyanatlarla yanaşı çox uzağa getmədən yaxın keçmişdə baş verən bir-iki hadisəni, faktıincələmək yetər ki, xalq şairi Bəxtiyar Vahabzadənin təbirincə desək, ayı bir, ili bir, eşqi bir, yolu bir olan Azərbaycan və Türkiyənin birliyini, həmrəyliyini dolğun şəkildə ifadəetmək mümkün olsun. Nümunə üçün2016-cı il iyunun 15-də qardaş ölkədə hakimiyyət çevrilişinə cəhdi, 2020-ci ildə ədalətin bərpası naminə Azərbaycanın 44 günlük Vətən müharibəsini, 2021-ci ildə baş verən meşə yanğınlarını və ən nəhayət2023-cü il fevralın 6-da Türkiyənin 10 vilayətində baş verən güclü zəlzələləri göstərmək olar. Məhz sadalanan bu və digər bütün hadisələrin, çətin məqamların öhdəsindən bu iki qardaş ölkə çiyin-çiyinə verərək alnıaçıq, üzüağ çıxmağı bacarıblar...

Yazının əsas mövzusu kimi, Türkiyədə yaşanan son məlum hadisə zamanı Azərbaycanın, xalqımızın göstərdiyi ənənəvi prinsipial mövqeyə, ortaya qoyduğu işlərə, fəaliyyətə diqqəti çəkmək istəyirəm. Bildiyimiz kimi, təbii fəlakətin baş verdiyi ilk andan etibarən ölkəmizin əsl qardaşlıq, dostluq münasibətinin, həmrəyliyinin göstərici kimi Prezident cənab İlham Əliyevin, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın göstərişinə əsasən zəlzələ bölgəsinə ard-arda bir neçə çevik xilasetmə dəstəsi, tibbi heyət, yaralananların müayinə və müalicəsi məqsədilə səhra çadırları, tibbi ləvazimatlar, maddi yardımlar göndərildi. Dövlətimizlə yanaşı, xalqımız da bu ağır, çətin gündə türkiyəli qardaşlarını yalnız buraxmadı, ölkəmizin hər yerindən yüzlərlə, minlərlə insan əlindən gəldiyi qədər, könlündən qopanı ilə evsiz-eşiksiz qalan, dəstəyə ehtiyacı olanlara öz köməkliyini göstərməyə çalışdılar, könüllü gənclər zəlzələ bölgəsində xəsarət alanlara yardım məqsədilə qardaş ölkəyə yollanaraq orada öz mənəvi borclarını layiqincə yerinə yetirdilər və hələ də bu istiqamətdə misiyalarını uğurla davam etdirirlər. Naxçıvan Muxtar Respublikasında da fevralın 7-dən etibarən Türkiyəyə hərtərəfli dəstək aksiyası keçirildi, muxtar respublikanın Bakıdakı Daimi Nümayəndəliyinin kollektivi, paytaxt Naxçıvan şəhərində, rayonlarda şəhid ailələri, qazilər, vətən müharibəsi iştirakçıları, müxtəlif dövlət təşkilatlarının əməkdaşları, sakinlər, iş adamları, sahibkarlar yardım kampaniyalarına, humanitar aksiyaya canla-başla qoşuldu, səhiyyə ocaqları ehtiyac yarandıqda Türkiyədən olan yaralıların qəbulu, müalicə və müayinəsi üçün tam hazır vəziyyətə gətirildi. Zəlzələ bölgəsində əziyyət çəkən insanların köməyinə yetişəcək zəruri vasitələrlə, əsasən qida, geyim, dərman,  uşaq bezi, sadə yataq, generator, konteyner, səhra çadırları, istilik lampaları, yorğan dəstləri, xalçalar olmaqla Naxçıvan sahibkarlarına məxsus 52 TIR Türkiyəyə yola salındı.

Ümumilikdə qardaş dəstəyi kimi ölkəmiz tərəfindən 669 xilasedici, 111 həkim, tibb və inzibati personal, 150 könüllü olmaqla 930 nəfər Türkiyədə fəlakətin böyüməsinin qarşısının alınmasında, fəsadların aradan qaldırılmasında fəal iştirak etdi, 16 təyyarə, 448 TIR, 25 vaqonla 5 min tondan artıq humanitar yardım zəlzələ bölgəsinə çatdırıldı. Son açıqlamalara görə 46 mindən çoxinsanın həyatını itirdiyi zəlzələnın törətdiyi dağıntıların altından Azərbaycan xilasediciləri tərəfindən 53 nəfər sağ çıxarıldı, 780 nəfərin cəsədi aidiyyəti üzrə təhvil verildi, səhiyyə personalımız 1623 xəsarət alan vətəndaşa tibbi xidmət göstərdi. Böyük dağıntı, çox sayda insan tələfatı ilə nəticələnən zəlzələ möcüzəvi anları ilə insanlıq baxımından yardımlaşmanın, paylaşmanın önəmini ortaya çıxarmaqla yanaşı, dünya siyasi sferasında hərəkətlənməyə, əsən soyuq havaların qismən mülayimləşməsinə, buzların əriməsinədə yol açdı.Digər bir deyişlə qardaş ölkənin insanlarının bu ağır günündə keçmişdə baş verən pis hadisələri, yaşanan ziddiyətləri, gərginlikləri unudub həqiqətən yanında olanlar da oldu, bu ağrılı-acılı məqamı öz şəxsi mənafeləri naminə fürsətə çevirməyə çalışanlar da.Dost dar gündə tanınar tandemini bütün dünyanın gözü önündə bir daha sübut edən Azərbaycandan fərqli olaraq, Ermənistan barmaqla sayılacaq maşınla humanitar yardım adı altdında 1993-cü ildən bəri bağlı qalan quru sərhədin açılması fürsətini yaxalayaraq bunu Türkiyə ilə diplomatik münasibətlərin qurulması istiqamətinə yönəltməyə çalışdı. Di gəl ki, hər fürsətdən su istifadə etməyə çalışan düşmən ölkənin bədxah insanları bu ağır məqamda da öz əsl simalarını gizlədə, rəzalət əməllərindən, şəxsi hərisliklərindən əl çəkə bilmədilər.Belə ki, axtarış işlərinə cəlb edilən bəzi erməni xilasedicilərin çox keçmədi soyğunçuluqla məşğul olduqları üzə çıxdı, üzərindən zəlzələdə ölən insanların qızıl-zinət əşyaları aşkarlananArsen Qazaryan və Vahan Sürmalyan atalarının ənənələrinə sadiq qaldıqlarını sübut etməklə haqlı olaraq dəmir barmaqlılar arasına düşdülər. Yalan ayaq açar, amma yeriməz deyiblər. Görünən odur ki, tarix boyu türklərə nifrət, kin qusan ermənilərin uydurma “soyqırımıları” kimi, humanitar yardımadı ilə sırımağa çalışdıqlarıbudəfəki yalançı “xeyirxahlıqlarını” da pas tutdu yerimədi... Həqiqətin gözü kordur, onu bir müddət ört-basdır etmək olar, ancaq o, gec-tez mütləq üzə çıxır.Reallıq odur ki, düşmənin gizlətməyə çalışdığı bu məkrli, xain xarakter onun geninə işləyib artıq,təəssüf ki, baş verən heç bir təbii fəlakətdən mənən sarsılan, düzələn deyil.Əslində, bu utancvericihərəkət heç cür təəccüb də doğurmur, əliminlərlə günahsız insanın qanına batan ermənidən xeyirxah əməl gözləmək Qobi səhrasında Niaqara şəlaləsi arzulamaq kimi bir şeydi. Ancaq ermənidən fərqli olaraq Qobi məsələsinə ümid etmək olar...

Doğru söyləyiblər ki, hər şeyin təzəsi, dostun köhnəsi. Bəli, baş verən son təbii fəlakətlər də bir daha göstərdi ki, eyni kökdən, eyni soydan gələn bu iki qardaş ölkənin- Türkiyə və Azərbaycanın insanları ulu babalarının tarixi dostluq ənənələrinə sadiqdir. Və şübhəsiz bu sədaqətdan doğan həmrəylik, birlik, bərabərlik bir ananın arzuları, diləkləri eyni olan iki ulu oğlunuamallarına, məqsədlərinə ən layiqli şəkildə çatdıracaq.

Nail ƏSGƏROV

Nəşr edilib : 11.03.2023 11:19