AZ EN RU

Tarix yazanlar unudulmur

Şəhid Leytenant Niftəliyev Ümüd Oruc oğlunun mövlud günü məzarı başında keçirilən tədbirlə yad edildi. Şəhidin məzarına gül dəstələri qoyuldu, ruhuna din xadimləri tərəfindən dualar oxundu. Sonra şəhidin xatirəsinə məzun olduğu Babək rayon Araz kənd məktəbində tədbir keçirilib. Tədbirdə çıxış edən Babək Rayon İcra Hakimiyyəti başçısının müavini Səbinə Abbasova, aparatın aid şöbəsinin müdiri Hacı Hacıyev, Yeni Azərbaycan Partiyası Babək Rayon Təşkilatının sədri İsa Məmmədov, rayonun bəzi idarə, müəssisə və təşkilatlarının müdirləri Silahlı Qüvvələrin Ali Baş Komandanı Cənab İlham Əliyevin qətiyyətli mövqeyi, şəhidlərimizin vətən torpağının hər qarışını öz canlarından əziz tutması və xalq-ordu birliyinin gücü bu qələbənin önəmini göstərən əsas amillərdən olduğunu qeyd etmişlər və 30 illik həsrətə 44 günə son qoyan şəhidlərimizin xatirələrinin daim qəlbimizdə əbədi yaşayacağı, şəhidlərin əmanətləri olan onların ailə üzvlərinin isə hər zaman baş tacımız olacaqlarını bildirmişlər.

Xəbərlər şöbəsi

Nəşr edilib : 20.10.2023 13:34