AZ EN RU

"Tarix yazan əbədi yaşar Lider"

Babək Rayon İcra Hakimiyyətində Ulu Öndər Heydər Əliyevin 100 illiyi ilə əlaqədar keçirilən silsilə tədbirlər çərçivəsində “Tarix yazan əbədi yaşar Lider” mövzusunda dəyirmi masa keçirilib.

Tədbirdə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Babək Rayon İcra Hakimiyyətinin başçısı Rasim Hüseynov tədbiri giriş nitqi ilə açaraq qeyd etmişdir ki, görkəmli dövlət xadimi, fenomen siyasətçi, uzaqgörən Lider Heydər Əliyevin xalqımız qarşısındakı ölməz, əbədiyaşar xidmətlərindən biri də Müstəqil və qüdrətli Azərbaycan dövlətinin təməlini qoymasıdır. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev müasir dünya tarixinə parlaq və silinməz iz qoymuş böyük şəxsiyyət, qeyri-adi zəka, fitri istedad sahibi, müdrik dövlət xadimi kimi düşmüşdür. Mahir diplomat və böyük idarəçilik ustadı olan Ümumilli Lider Heydər Əliyevin idarəçilik məktəbini ən zərif incəliklərinə qədər öyrənən cənab İlham Əliyev dövlətin sosial-iqtisadi inkişafı sahəsində, cəmiyyətin demokratikləşdirilmə-sində və həmçinin beynəlxalq münasibətlərdə özünə məxsus Azərbaycan nümunəsi formalaşdırmağa nail olmuşdur. Ölkə Prezidentinin rəhbərliyi ilə respublikamızda görülmüş işlərin miqyası əminliklə söyləməyə əsas verir ki, Ulu Öndər Heydər Əliyevin yaratdığı və sarsılmaz təməl üzərində tərəqqi edən Azərbaycan Respublikası yaxın gələcəkdə uğurları daha da artıracaqdır.

Tədbirdə Yeni Azərbaycan Partiyası Babək Rayon Təşkilatının sədri,  Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı İsa Məmmədovun, rayon Ağsaqqallar Şurasının sədri Tofiq Abutalıbovun mövzu ətarfında çıxışları dinlənilmişdir.

Tədbirin sonunda Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyəti ilə bağlı film nümayiş olunmuşdur.

Xəbərlər şöbəsi

Nəşr edilib : 20.10.2023 19:10