AZ EN RU

Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutuna yeni icraçı direktor təyin olunub

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Naxçıvan Bölməsi Rəyasət Heyətinin qərarı ilə AMEA-nın müxbir üzvü, tarix elmləri doktoru, professor Vəli Baxşəliyev instituta icraçı direktor təyin edilib. 
Vəli Baxşəliyevin illərdir davam edən Azərbaycan-ABŞ və Azərbaycan-Fransa beynəlxalq arxeoloji ekspedisiyalarının Azərbaycan üzrə rəhbəri, həmçinin AMEA Naxçıvan Bölməsinin arxeoloji ekspedisiyasının rəhbəridir. 30-u kitab və monoqrafiya olmaqla, 300-dən artıq elmi əsərin müəllifidir. O, yeni təyinata qədər alim Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun Qədim dövr arxeologiyası şöbəsinin müdiri vəzifəsində çalışıb.

Nəşr edilib : 28.09.2023 23:58