AZ EN RU

Tanınmış professor, pedaqoq və şairə ilə görüş

    AMEA Naxçıvan Bölməsində filologiya elmləri doktoru, professor, Prezident təqaüdçüsü, şairə Mahirə Hüseynova ilə görüş olub.
    Bölmənin sədri, akademik İsmayıl Hacıyev çıxışında qeyd edib ki, Mahirə Hüseynova tədqiqatçı-alim, gözəl pedaqoq, istedadlı şairə, vətənpərvər ziyalıdır. Çoxsaylı monoqr­afiya, kitab və məqalələrin müəllifi olan Mahirə Hüseynova yaradıcılığında mənəvi saflıq, vətənpərvərlik, anaya məhəbbət əsas yer tutur. Onun yaradıcılığında diqqəti çəkən məqamlardan biri də Ümummilli Lider Heydər Əliyevə həsr etdiyi “Ulu Öndərimizin natiqlik məharəti”, “Ulu Öndərimizin natiqlik məharəti xalqımızın ən böyük sərvətidir”, “Missiya” və bu kimi əsərləridir. Bu əsərlərində görkəmli dövlət xadiminin həyatı və misilsiz xidmətləri öz əksini tapıb.
    AMEA Naxçıvan Bölməsi İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü, Əbülfəz Quliyev, AMEA Naxçıvan Bölməsinin dosentləri Ramiz Qasımov, Zülfiyyə İsmayıl çıxışlarında Mahirə Hüseynovanın yaradıcılığı haqqında geniş məlumat verib. Qeyd olunub ki, onun yaradıcılığı, bədii-estetik cəhətdən mükəmməl əsərləri bir çox bəstəkarlarımızın da diqqətini cəlb edib və əsərlərinə mahnılar bəstələnib.
    Sonda şairə Mahirə Hüseynova yaradıcılığına göstərilən diqqətə görə minnətdarlığını bildirib.

Güntac ŞAHMƏMMƏDLİ

Nəşr edilib : 26.05.2023 21:29