AZ EN RU

Talış kəndinə 20 ailə qayıdıb və 180-ə yaxın ailə qayıdacaq

Talış kəndinin yenidən qurulmasına başlanmasından hələ bir il keçməyib. Artıq Talış kəndinə 20 ailə qayıdıbdır və 180-ə yaxın ailə qayıdacaqdır.

Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Novruz bayramı münasibətilə Tərtər rayonunun Talış kəndində xalqa müraciətində bildirib.

Bu gündən bir il keçmədən Talış kəndində 180-ə yaxın ailənin yaşayacağını deyən dövlətimizin başçısı qeyd edib ki, bu ailələr üçün bütün imkanlar yaradılıb. “Biz qurub-yaradan xalqıq. Ermənistandan fərqli olaraq, biz öz ərazimizdə qurub-yaradırıq”, - deyə Azərbaycan Prezidenti əlavə edib.

Nəşr edilib : 18.03.2023 15:18