AZ EN RU

Taleh Kazımov: "Dayanıqlı iqtisadiyyata keçidə qeyri-neft-qaz sektoruna investisiyalar təkan verəcək"

Azərbaycanın dayanıqlı iqtisadiyyata keçidinə qeyri-neft-qaz sektoruna yatırılan strateji investisiyalar təkan verəcək.

Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov "X" soial şəbəkəsindəki hesabında bildirib.

"Bu gün “TRIUM Module 7” konfransında iştirak etməkdən məmnunluq duydum. Panel müzakirəsi çərçivəsində çıxışımda ölkəmizin makroiqtisadi göstəricilərindən, maliyyə sektorunun inkişaf tendensiyaları və inkişaf perspektivlərindən bəhs etdim. Ölkəmizin əlverişli strateji mövqeyinin, zəngin təbii sərvətlərinin, infrastrukturun inkişafının və işçi qüvvəsinin potensial artıma töhfə verən əsas amillər sırasında olduğunu qeyd etdim. Ölkə gündəminin yüksək prioritetli mövzularından danışarkən dayanıqlı iqtisadiyyata keçidlə bağlı təşəbbüsləri vurğuladım. Bu çərçivədə qeyri-neft-qaz sektoruna yatırılan strateji investisiyaların ölkənin gələcək iqtisadi artımına əhəmiyyətli təkan verəcəyini bildirdim", - deyə o qeyd edib.

Nəşr edilib : 07.06.2024 16:43