AZ EN RU

Tacikistan Milli Bankı ilə əlaqələrin daha da möhkəmləndirilməsi imkanları müzakirə olunub

Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımovun rəhbərlik etdiyi nümayəndə heyəti Tacikistanda bu ölkənin Milli Bankının sədri Firdavs Tolibzoda ilə görüşüb.

AMB-dən  bildirilib ki, Taleh Kazımov həmkarına Tacikistanın Seçki Qrupunun Toplantısı kimi mühüm tədbirə ev sahibliyi etməsi münasibətilə təbriklərini çatdırıb və dəvətə görə təşəkkürünü bildirib.

Görüşdə hər iki ölkənin mərkəzi bankları arasında əməkdaşlığın mövcud vəziyyəti və əlaqələrin daha da möhkəmləndirilməsi imkanları müzakirə olunub.

Nəşr edilib : 01.07.2024 17:45