AZ EN RU

Tacikistan-Azərbaycan İnvestisiya Forumu keçirilib

Aprelin 4-də Düşənbədə  Tacikistan-Azərbaycan İnvestisiya  Forumu keçirilib. Forumda hər iki ölkədən enerji, kənd təsərrüfatı, qida sənayesi, İKT, maliyyə, turizm və əczaçılıq sahələrini təmsil edən 170-dən çox şirkət iştirak edib. Forumda iki ölkənin müvafiq qurumları arasında anlaşma memorandumlar ıimzalanıb.

Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO və Tacikistanın İnvestisiyalar və Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə keçirilən İnvestisiya Forumunda çıxış edən Dövlət Komitəsinin sədri Sadyi Kodirzod iki ölkə arasında iqtisadi-ticarət əməkdaşlığı barədə məlumat verib, biznes strukturlarının iştirakı ilə keçirilən işgüzar tədbirlərin Azərbaycan və Tacikistan sahibkarları arasında daha sıx əlaqələrin qurulması, əməkdaşlığın səmərəliliyinin artırılması üçün önəmini vurğulayıb.

Azərbaycanın iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov Azərbaycan və Tacikistan arasında münasibətlərin dərin tarixi və mədəni köklərə malik olduğunu, dövlət başçılarınn müxtəlif formatlarda keçirdikləri görüşlərin, xalqlarımız arasındakı dostluq münasibətlərinin birgə əməkdaşlığımızın əsasını təşkil etdiyini vurğulayıb.

Ölkədə yaradılmış biznes mühiti və investisiya imkanları Naxçıvanlı sahibkarların da işgüzar görüş və biznes forumlarda iştirakına şərait yaradıb. Foruma “Cahan Holdinq” Kommersiya Şirkətləri İttifaqı və “Ləzzət Qida Sənaye” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndləri də qatılıb.

Görüşdə ölkələrimizin ikitərəfli iqtisadi əlaqələrinə birbaşa təsir göstərən trendlər müzakirə olunub, bu müstəvidə mövcud resurslardan və imkanlardan səmərəli istifadə edilməsinin vacibliyi vurğulanıb. Tərəflər iqtisadi-ticarət əlaqələrinin əsas istiqamətlərinin müəyyənləşdirilməsi ətrafında fikir mübadiləsi aparıblar.

Naxçıvan Muxtar Respublikası

İqitsadiyyat Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 05.04.2023 12:45