AZ EN RU

“Suya qənaət edək!” aksiyası davam etdirilir

   Naxçıvan Muxtar Respublikasının Gənclər Fondu tərəfindən start verilən aksiya istifadə edilən hər damcı suyun dəyərinin bilinməsi, insanlarda suya qənaət vərdişlərinin aşılanması, maarifləndirmə işlərində könüllülərin rolunun artırılması məqsədini daşıyır. Aksiya çərçivəsində Naxçıvan şəhər Heydər Əliyev prospektindəki “Gənclik” Mərkəzinin yaxınlığında məlumat tenti yaradılmış və könüllü gənclər tərəfindən əhaliyə maarifləndirici məlumatların verilməsi həyata keçirilmişdir. Eyni zamanda məlumat tentində yaradılmış ekran vasitəsilə suya necə qənaət etmək lazım olduğunu izah edən videoçarxlar nümayiş etdirilmişdir. 
    Aksiyada buklet və broşür paylanılıb, vətəndaşlarla geniş maarifləndirici söhbətlər aparılıb.

Xəbərlər şöbəsi

Nəşr edilib : 07.07.2023 20:10