AZ EN RU

Şuşaya həsr edilən ensiklopediya hazırlanacaq

Şuşaya həsr edilən ensiklopediya nəşrə hazırlanacaq və müxtəlif dillərə tərcümə ediləcək.

Bu, “Şuşa İli” ilə bağlı Tədbirlər Planı”nında öz əksini tapıb. Tədbirlər planına əsasən Ensiklopediyanı Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyası birgə hazırlayacaq. Ensiklopediyanın 2022-2023-cü illər ərzində hazırlanması nəzərdə tutulur.

Qeyd edək ki, “Azərbaycan Respublikasında 2022-ci ilin “Şuşa İli” elan edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 5 yanvar tarixli 3096 nömrəli Sərəncamının 2-ci hissəsinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov “Şuşa İli” ilə bağlı Tədbirlər Planı”nın təsdiq edilməsi barədə Sərəncam imzalayıb.

Nəşr edilib : 26.02.2022 12:39