AZ EN RU

Şuşada turizmlə bağlı beynəlxalq konfrans keçiriləcək

Şuşada İslam dünyasında turizmin inkişafı mövzusunda beynəlxalq konfrans və “İslam ölkələrinin ortaq süfrəsi” kulinariya festivalı təşkil ediləcək.
Bu nazirlər Kabinetinin sərəncamı ilə təsdiqlənən Şuşa şəhərinin 2024-cü il üçün “İslam dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə bağlı Tədbirlər Planında əksini tapıb.
Tədbirlər Planına əsasən, Dövlət Turizm Agentliyi və Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi 2024-cü il ərzində Şuşada İslam dünyasında turizmin inkişafı mövzusunda beynəlxalq konfrans və “İslam ölkələrinin ortaq süfrəsi” kulinariya festivalı təşkilini təmin etməlidir.

Nəşr edilib : 23.01.2024 14:24