AZ EN RU

Şuşada Silahlı Qüvvələr Günü münasibətilə qazi və hərbçilərlə görüş keçirilib

Şuşa şəhərindəki yeni yaşayış kompleksində 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə I və II Qarabağ müharibəsi qaziləri, şanlı ordumuzun üzvləri, şəhid ailələri ilə görüş keçirilib.

Şuşa rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Aydın Kərimovun, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin icraçı direktoru Tural Novruzovun iştirakı ilə keçirilən görüşdə əvvəlcə şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib. Sonra qazilərin qəhrəmanlıq hekayələri dinlənilib.

Nəşr edilib : 26.06.2024 22:02