AZ EN RU

Şuşada bayram namazı qılınıb

İşğaldan azad olunmuş Şuşa şəhərində Qurban bayramı ilə əlaqədar bayramı namazı qılınıb.

Yuxarı Gövhər Ağa məscidində qılınan bayram namazında xalqımız, dövlətimiz üçün dualar edilib, əmin-amanlıq arzulanıb.

Bayram namazında ölkəmizin ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçən Vətən övladları da yad olunub, ruhlarına dualar oxunub.

Nəşr edilib : 16.06.2024 09:09