AZ EN RU

“Şuşa, sən azadsan!” sənədli film nümayiş olunub

Naxçıvan Dövlət Film Fondunda 8 Noyabr-Zəfər Günü münasibətilə məktəblilərə “Şuşa, sən azadsan!” sənədli filmi nümayiş olunub. Filmdə Şuşa əməliyyatını həyata keçirən cəsur əsgər və zabitlərimizin müsahibələri, əməliyyat zamanı çəkilmiş eksklüziv kadrlar yer alır.
7 noyabr 2023-cü il tarixdə Naxçıvan Şəhər İcra Hakimiyyəti, Naxçıvan Dövlət Film Fondu, Təhsil Şöbəsi və Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə keçirilən film nümayişində 60 şagird iştirak edib.

Nəşr edilib : 07.11.2023 17:27