AZ EN RU

"Şuşa İƏT-in Gənclər Paytaxtı 2024" çərçivəsində il ərzində səkkiz tədbir keçiriləcək

"Şuşa İslam Əməkdaşlıq Təşkilatının Gənclər Paytaxtı 2024" Beynəlxalq Proqramı çərçivəsində il ərzində Şuşada plan üzrə səkkiz tədbir keçiriləcək.
Bunu gənclər və idman naziri Fərid Qayıbov “Şuşa - İslam Əməkdaşlıq Təşkilatının Gənclər Paytaxtı 2024” Beynəlxalq Proqramının açılış mərasimində jurnalistlərə açıqlamasında deyib.
Nazir xatırladıb ki, bu il həm də Lənkəran Azərbaycanın, eyni zamanda Türkdilli Dövlətlər Təşkilatının Gənclər paytaxtı seçilib:
"Ona görə 2024-cü ildə bölgələrimizdəki gənclərimiz beynəlxalq arenalarda da fəaldırlar və bu, bizi sevindirir. Bölgələrimizdəki gənclər təşkilatları ilə birlikdə müxtəlif tədbirlər keçirəcəyik".

Nəşr edilib : 04.06.2024 19:36