AZ EN RU

Suriyadan Azərbaycana gətirilən şəxslərin ehtiyacları öyrənilib

Ombudsman nümayəndələri Suriyadan Azərbaycana repatriasiya edilən şəxslərlə görüşüb.

Bu barədə Ombudsman Aparatından məlumat verilib.

Bildirilib ki, Ombudsman nümayəndələri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin sosial xidmət müəssisəsinə yerləşdirilmiş həmin repatriantlarla görüşərək, onlara göstərilən sosial xidmətlə yerində tanış olub, hüquqlarının təmini vəziyyətini araşdırıblar.

Repatriantlarla görüş zamanı onların sosial-psixoloji vəziyyəti qiymətləndirilib, problemləri və ehtiyacları öyrənilib, hüquqlarının müdafiəsi ilə bağlı tövsiyələr verilib.

Vurğulanıb ki, Ombudsmanın nümayəndələrinə müəssisə rəhbəri və əməkdaşları tərəfindən repatriantların reabilitasiyası üzrə görülmüş və nəzərdə tutulan tədbirlər barədə məlumat verilib.

Qeyd edək ki, iyunun 4-də Suriyada düşərgələrdə saxlanılan 5-i uşaq və 1-i qadın olmaqla 6 nəfər Azərbaycan vətəndaşının Azərbaycana repatriasiyası həyata keçirilib.

Nəşr edilib : 11.06.2024 09:35