AZ EN RU

Sürətli və sərfəli – “BAHAR KARQO” MMC

“Bahar Karqo” MMC daşınma sahəsində bir qrup professionalın yaratdığı şirkətdir. Daha çox insana çatdırmaq ümidi ilə yola çıxan Karqonun əsas məqsədi maksimum müştəri məmnunluğunu qazanmaq olub. Daşınma sahəsində illərlə toplanılan təcrübəni bir araya gətirən Karqo məmnunluğu təmin etməkdən ötrü professional əməkdaşlarla çalışır. Gənc, dinamik və gülərüz kollektiv hər zaman müştərilərə xüsusi qayğı və diqqətlə yanaşır. Bahar Karqonun uğuru isə ondan razı qalan müştəriləridir.  

Şirkətin fəaliyyəti yükdaşıma üzrə beynəlxalq standartların tələblərinə uyğun olaraq qurulub. Azərbaycan Respublikasının bu sahədə qüvvədə olan qanunvericiliyinin bütün tələblərinə əməl etməklə vətəndaşların məmnunluğu təmin edilir.

“Bahar Karqo” MMC Naxçıvan Muxtar Respublikası ilə yanaşı Bakı şəhərində də xidmət göstərir. Bakıda filialları, məntəqələri mövcud olan Karqo Naxçıvan, Şərur, Ordubad, Culfa şəhərlərində fəaliyyətini davam etdirir.  Naxçıvan şəhərində Nizami küçəsi 41-də yerləşən “Bahar Karqo”- ya müraciət etməklə Türkiyə-Azərbaycan arası sərfəli tariflərlə sifariş verə bilərsiniz. Bakı-Naxçıvan-Bakı arası isə ən sərfəli 5 kiloqramadək 4 manat, 5 kiloqram üzəri 90  qəpiklə daşınma da həyata keçirir. Daha ətraflı məlumatı www.baharkargo.az saytına daxil olmaqla öyrənə bilərsiniz.

Qeyd edək ki,  “Bahar Karqo” MMC bu yaxınlarda daha bir yeniliyə imza atdı. Belə ki , müştərilər 250 qram üzəri sifarişləri çəki fərqi olmadan 35 tl yəni cəmi 2.10 azn-a əldə edə biləcəklər.

Elə isə, indi siz də “Bahar Karqo” MMC-yə müraciət edin, məmnun qalın!

Nəşr edilib : 01.12.2023 21:40