AZ EN RU

Sürətli və sərfəli – “Bahar Kargo” MMC

    “Bahar Karqo” Məhdud Məsuliyyətli Cəmiyyəti daşınma sahəsində bir qrup peşəkarın yaratdığı şirkətdir. Yarananda əsas məqsədi maksimum müştəri məmnunluğunu qazanmaq olan “Bahar karqo”nun bu gün ən böyük uğuru elə ondan razı qalan müştəriləridir.  Daşınma sahəsində illərlə toplanılan təcrübəni bir araya gətirən karqonun gənc, dinamik və gülərüz kollektivi müştərilərə hər zaman xüsusi diqqət və qayğı ilə yanaşır. 
    Şirkətin fəaliyyəti yükdaşıma üzrə beynəlxalq standartlara uyğun qurulub və Azərbaycan Respublikasının bu sahədə qüvvədə olan qanunvericiliyinin tələblərini öz işində rəhbər tutur. 
    “Bahar Karqo” MMC-nin Naxçıvan Muxtar Respublikası ilə yanaşı, Bakı şəhərində filialları, məntəqələri mövcuddur. Karqo Naxçıvan, Şərur, Ordubad, Culfa şəhərlərində də fəaliyyətini davam etdirir. Naxçıvan şəhərində Nizami küçəsi 41-də yerləşən “Bahar karqo”ya müraciət etməklə Türkiyə-Azərbaycan arasında sərfəli tariflərlə sifariş verə bilərsiniz. Bakı-Naxçıvan-Bakı istiqamətində isə ən sərfəli 5 kiloqramadək 4 manat, 5 kiloqram üzəri 90  qəpiklə daşınma da həyata keçirilir. Daha ətraflı məlumatı www.baharkargo.az saytında əldə edə bilərsiniz.
    “Bahar Karqo” MMC bu yaxınlarda daha bir yeniliyə imza atıb. Belə ki, müştərilər 250 qram üzəri sifarişləri çəki fərqi olmadan 35 türk lirəsi, yəni cəmi 2.10 manata əldə edə bilərlər.

Nəşr edilib : 04.12.2023 18:11