AZ EN RU

Süni Mayalanma Mərkəzinin fəaliyyəti təkmilləşdiriləcək

Naxçıvanda aqrar sahənin, o cümlədən heyvandarlığın inkişafı istiqamətində işlər uğurla həyata keçirilir. Görülən tədbirlər çərçivəsində Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Süni Mayalanma Mərkəzinin fəaliyyətinin təkmilləşdirilməsi nəzərdə tutulur.

Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə bu məqsədlə ötən il azot istehsalı cihazı və DNT/RNT analizi cihazının satınalınması üçün tender elan edilib. Tenderdə “Bayramlı Group” MMC qalib olub və həmin cəmiyyətlə müvafiq avadanlıqların satınalınması ilə bağlı müqavilə imzalanıb. Cəmiyyət tərəfindən həmin avadanlıqların 2024-cü ilin mart ayınadək Süni Mayalanma Mərkəzinə çatdırılması nəzərdə tutulub. Bununla yanaşı ətlik və südlük istiqamətində məhsuldarlığın artırılmasında süni mayalanmanın rolu barədə heyvandarlıq təsərrüfatı sahiblərinin maarifləndirilməsi davam etdirilir.

Nail ƏSGƏROV

Nəşr edilib : 01.02.2024 16:16